backend

Kipr Dövlət Televiziyasında 2 yaşlı Zəhranın qətlə yetirilməsindən danışılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri qətlə yetirməsi beynəlxalq mətbuatın da diqqətindədir. Ötən gün Şimali Kipr Türk Cümhuriyyətinin dövlət televiziyası olan BRT-nin “Ana Xəbər” proqramındaErmənistan ordusunun dinc sakinləri atəşə tutması və 2 yaşlı Zəhra Quliyevanı amansızcasına qətlə yetirməsi haqqında danışılıb.

Telefon bağlantısı ilə canlı yayıma qoşulan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistanın dinc əhalini qətlə yetirməsini qəti şəkildə pisləyib və bunun beynəlxalq hüquq normalarının, xüsusən də Cenevrə Konvensiyasının kobud surətdə pozulması kimi qiymətləndirib: “Mülki əhalinin qətlə yetirilməsi Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Bununla, rəsmi İrəvan BMT-nin Cenevrə Konvensiyasını və digər beynəlxalq qanunları pozur. Əminəm ki, Ermənistanın bu addımı cəzasız qalmayacaq.”