Bakıda böyrək çatışmazlığından əziyyət çəkən şəxs intihar etdi

10:53 | 19 İyul, 2019
Bakıda intihar hadisəsi baş verib.
EDİTOR.AZ “report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin qəsəbədə yaşayan 1952-ci il təvəllüdlü Feyruz Babayev yaşadığı evdə qolunun damarlarını kəsərək intihar edib.
O, böyrək çatışmazlığından əziyyət çəkirmiş və dializ qəbul edirmiş.
Faktla bağlı araşdırma aparılır.