Bibisini qaçırdılar, 20 il sonra qisas aldıbackend

Bibisini qaçırdılar, 20 il sonra qisas aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağayəhya Abbasov bibisini qaçıran şəxsi bağışlamayıb. 20 il sonra Rəşid Əhmədovu bıçaqlayaraq qətlə yetirib.

Editor.az bizimyol.info-ya istinadən xəbər verir ki, Ağayəhya məhkəmə qarşısına çıxarılıb. İndi 31 yaşı olan təqsirləndirilən bu illər ərzində qisas hissi ilə yaşayıb, zamanı gözləyib.

Bu dəfə məhkəmə iclasında Şabran Rayon Polis İdarəsinin rəis müavini Laçın Hacıyev ifadə verib. Rəis müavini Ağayəhyanın təslim olması üçün onun qardaşı ilə əlaqə saxladığını deyib. Qardaşı Əşrəf Ağayəhyanı polisə təslim olmağın vacibliyinə inandırıb. Rəis müavini dindirməkdə məqsəd də cinayət törətmiş şəxsin könüllü təslim olub-olmamasını dəqiqləşdirmək idi.

Laçın Hacıyev deyib ki, təqsirləndirilən onun yanına gələndə əlləri qanlı olub. Təcili tibbi yardım çağırıb, Ağayəhyanın əlini sarıyıblar.

Rəşid Əhmədov Ağayəhya Abbasovun bibisini qaçırandan sonra bir müddət birlikdə yaşayıblar, çox keçməyib, qadını ata evinə qaytarıb.

Düzdür, o, sonradan başqa adamla ailə həyatı qurub.

Amma həmin nikah pozulandan sonra Ağayəhyagilin evində söz-söhbət yaranıb. Ağayəhya Rəşidlə görüşərək, onun ürək nahiyəsindən iki bıçaq zərbəsi vurub.

Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Prokuror cinayət törətmiş şəxsin 14 il azadlıqdan məhrum edilməsini istəyib.