Nişanlısından ayrıldı, özünü öldürdü – Bakıda intihar

14:38 | 19 İyul, 2019

Binəqədi rayonunda intihar hadisəsi olub.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 18-də, gecə saat 01 radələrində qeydə alınıb.

Belə ki, Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib.

İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.

Araşdırma davam edir.