Bu qızın dizlərində nə görürsünüz? – 15 yaşlı rəqqasə FOTOsu ilə gündəm oldu

14:43 | 19 İyul, 2019

15 yaşlı qızın şəkli sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Britaniyanın milli rəqs komandasında çıxış edən 15 yaşlı rəqqasənin fotosu sosial şəbəkədə maraqla qarşılanıb.

Buna səbəb Beth Wheatley adlı qızın dizinin qeyri-adi formada olmasıdır. Belə ki, sanki, qızın ayağında insan siması var.

42 yaşlı Nicola Wheatley qızı barədə danışarkən onun dizlərinin doğuşdan bu formada olduğunu söyləyib. Qadının dediyinə görə, sanki, qızının bir dizində mələk, digərində isə şeytana bənzər sima var.

O, həmçinin bildirib ki, qızının diz qapağındakı bu qəribəlik ona uğur gətirir. 15 yaşlı Beth bir neçə dəfə yarışlarda birinci yeri tutub.

Qeyd edək ki, Beth Wheatley İngiltərənin Derbşir qraflığında yaşayır.