Türkiyədə kütləvi zəhərlənmə: 56 nəfər xəstəxanaya yerləşdirilib

10:39 | 20 İyul, 2019

Türkiyənin Ərzincan şəhərində kütləvi zəhərlənmə baş verib.

şəhərin mərkəzində təşkil orduya yollanma mərasimlərindən sonra qonaqlar banketə dəvət ediliblər.

Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib. Ümumilikdə xəstəxanaya 21-i uşaq olmaqla 56 nəfər yerləşdirilib.

Bildirilir ki, onlara ilkin tibbi yardım göstərilib və hazırda həkimlərin nəzarəti altındadırlar.

//Trend