Ukraynalı “Microsoft”u qarət etdi

12:30 | 20 İyul, 2019

Ukraynalı Vladimir Kvaşuk “Microsoft” şirkətindən  hiylə yolu ilə 10 mln dollardan artıq vəsait oğurlayıb.

Bu barədə “RİA Novosti”  ölkə prokurorluğuna istinadla xəbər verir.

İstintaqa əsasən, 25 yaşlı Ukrayna sakini bir müddət ABŞ-da şirkətdə onlayn-mağazanın testləyicisi işləyirdi. İşi ilə bağlı olaraq, Kvaşuka mövcud olmayan kredit kartları üzrə real tranzaksiyalar yaratmağa icazə verilirdi. Bildirilir ki, o, bahalı hədiyyə sertifikatları alaraq, onları baha satırdı.

Prokurorlar qeyd edirlər ki, ukraynalının hesabında bu əməlləri nəticəsində 2,8 mln dollar vəsait yığılıb. Kvaşukun oğurladığı pullarla 160 min dollara avtomobil və göl sahilində 1,6 mln dollara ev aldığı bildirilir.