backend

Elmar Məmmədyarova ağır itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ailəsinə ağır itki üz verib.
Modern.az saytının məlumatına görə, nazirin qayınatası Bünyad Sərdarov bu gün vəfat edib. Mərhumun elə bu gün də dəfn olunduğu bildirilir. B.Sərdarov uzun müddət elm sahəsinə çalışıb. 1944-cü il təvəllüdlü B.Sərdarov uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışıb. 1981-ci ildə 36 yaşında bu ali təhsil ocağına rektor təyin edilib.
Bünyad Sərdarov məhhur inqilabçı Bünyad Sərdarovun nəvəsidir.
E.Məmmədyarov hazırda Türkiyədə rəsmi səfərdə olduğundan dəfn mərasimində iştirak edə bilməyib.
Allah rəhmət eləsin.