Xames “Atletiko”ya keçə bilər – “Real” razılıq verdi

08:04 | 21 İyul, 2019

“Real” Hames Rodriqesi “Atletiko”ya buraxmağa hazırdır.

Editor.az qol.az-a istinadən xəbər verir ki, “kral klubu” kolumbiyalı yarımmüdafiəçinin əzəli rəqibə keçidinə mane olmayacaq. “Real” 28 yaşlı futbolçunun transferindən 40 milyon avro gəlir götürmək istəyir. Klub rəhbərliyi bu yolla həm də “Mançester Yunayted”dən Pol Poqbanı almaq üçün maliyyə vəsaiti əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Xames ötən mövsümü icarə əsasında “Bavariya”da keçirib.