Gözəl olduğu üçün işgəncə ilə öldürüldü – Dəhşətli cinayətin TƏFƏRRÜATI – FOTO

15:52 | 21 İyul, 2019

Rusiyada məktəbli qız sinif yoldaşları tərəfindən işgəncə ilə qətlə yetirilib.

Editor.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Arxanqelsk şəhərində baş verib. Sinif yoldaşları 17 yaşlı Viktoriya Averinanı gözəl olduğu üçün boğaraq öldürüb.

Boğub öldürdükdən sonra Viktoriyanın üzünü şüşə parçası ilə doğrayaraq meyitini meşəyə atıblar. Qısa müddət ərzində  Averinanın qatilləri yaxalanıblar.

Cinayəti törədən Viktoriyanın sinif yoldaşları Lina və İrina olub.

Onlar “O, bizdən gözəl idi. Onun “İnstagram”da izləyiciləri bizdən daha çox idi” deyərək əməllərinə haqq qazandırmaq istəyiblər. Qızın meyiti tapılan zaman tam tanınmaz halda olub.

Psixoloqlar cani qızların tam normal ailələrin övladları olduqlarını bildiriblər.