Yol polisi deputatı özündən çıxardı: “Mənə qayıdıb deyir ki…”

11:44 | 22 İyul, 2019
“Əslində yuxusuzluq   problemi çox ciddi bir məsələdir. Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə insanlar üzərində bununla bağlı təcrübələr aparırlar. Burada internetin təsiri varmı, yoxsa  gündəlik yediyimiz qidalarla bağlıdırmı? Hələ tam dəqiq nəticə əldə olunmayıb”.
Editor.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
O bildirib ki, bəzən gecə yuxusu gəlməyəndə internetə girir:
“Bununla da istəyirəm ki, yuxum gəlsin, baxıram yuxum daha da qaçıb. Burdan aydın olur ki, internetin də yuxusuzluğa təsiri var. Birmənalı şəkildə həkimlər, psixoloqlar bildirirlər ki, internet çox istifadə olunanda insanın yaddaşına ziyan vurur, nəticədə də yuxusuzluğa gətirib çıxarır. Bu yaxınlarda internetdə aclıq keçirən körpələrin həyatına baxırdım, hələ də gözümün qabağından getmir. İnternet bizi çox yükləyir, az qala dünyanın bütün problemlərini düşünəsən və düşünməli olduqca da insanın yuxusu qaçır”.
T.Kərimli düşünür ki, yuxusuzluğun digər bir səbəbi də mühitdir, əsəbi şəraitdir:
“Bu yaxınlarda rayondan qayıdırdım, polis maşınları biz saxlatdırdı, bir nazir yoldan keçməli idi. Mənə qayıdıb deyir ki, kənara çıx. Mənə bu hadisə o qədər pis təsir etdi ki! Mənim toxunulmazlıq hüququm olduğu halda, sən məni saxlatdırırsan, hesabat tələb edirsən. İnanırsınız qeyr-ixtiyari öz-özümə əsəbləşdim. Mən millət vəkili olsam da, bu cür hallarla qarşılaşanda gərginlik keçirirəm”.