Sevgilisiylə danışdı, özünü asdı – Xaçmazdakı HADİSƏNİN TƏFƏRRÜATI – VİDEO

13:40 | 22 İyul, 2019

Xaçmazda sevdiyi qıza görə özünü asan Mahir Səfərov adlı 24 yaşlı gəncin intihar etməsinin təfərrüatı məlum olub.

Editor.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Mərəcan kəndində baş verib. Səhər saatlarında birdən evdən səs-küy gəlib. Mahirin özünə qəsd edəcəyini ailəyə sevdiyi qız deyib.

O, əvvəlcə sevgilisiylə telefonla danışıb və ona özünə qəsd edəcəyini bildirib. Sevgilisi bu barədə dərhal Səfərovun ailəsinə məlumat verib.