Azərbaycanda vəzifəli şəxs iş başında öldü

17:56 | 22 İyul, 2019
“Azərpoçt” MMC-nin Salyan filialının rəisi iş otağında ölü tapılıb.
Editor.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb.
Filialın rəisi 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlunun ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.