Prezidentin və Birinci xanımın 3 ay öncə açılışını etdiyi park baxımsız vəziyyətə düşdü — Suraxanı RİH hara baxır? FOTOLAR

11:57 | 23 İyul, 2019

Bu il aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi Bakının Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkı cavabdeh qurumların məsuliyyətsizliyi səbəbindən hazırda baxımsız vəziyyətə düşüb. 

Ərazidə yaşayan camaat parkda yenidənqurma işlərinin aparılmasını təqdir edir. Ancaq insanlar deyir ki, ölkə başçısının və Birinci xanımın açılışını etdiyi müasir və gözəl parka təəssüflər olsun ki, Suraxanı rayonu İcra Hakimiyyəti rəhbərliyi tərəfindən laqeyd münasibət göstərilir.

 

Related image

Çəkdiyimiz fotolardan da aydın görmək olur ki, əvvəllər baxımsız vəziyyətdə olan park tamamilə yenilənib. Amma bunu qorumaq lazımdır. Təbii ki, burada vətəndaşların da üzərinə məsuliyyət düşür, ərazidə güllərin ayaqlanması təəssüf hissi doğurur. Ancaq ən böyük məsuliyyəti Sabunçu rayon İcra hakimiyyəti daşıyır. Çünki parkda əkilən ağacların qorunmasına İcra Hakimiyyəti cavabdehdir. Burada yeni əkilən tinglərin bir hissəsi yanıb, bir neçəsi isə çıxarılıb. Çox təəssüf ki, vətəndaşlar və müvafiq dövlət qurumları öz məsuliyyətlərini hələ də dərk etmirlər.

 

Image result for Bakının Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsində park açılış

Xatırladaq ki, parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613, Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə isə 300 ədəd ağac əkilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

//Demokrat.az