Şirvan sakini həmyerlisinin boynuna bıçaq sapladı

14:16 | 23 İyul, 2019

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

şəhər ərazisində naməlum şəxs Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Ə.Zeynalovun vəziyyəti orta-ağırdır.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

//teleqraf.com