Almaniyada özünü öldürən bir uşaq anası Humayın FOTOLARI

16:20 | 23 İyul, 2019
Sığınacaq almaq üçün Almaniya dövlətinə müraciət edən və rədd cavabı aldığı üçün özünü öldürən Humay Məmmədovanın fotoları yayılıb.
Editor.az Baku.ws-ə istinadən xəbər verir ki, Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqınlar düşərgəsində yaşayan bir uşaq anası 3 gün əvvəl dərman içib özünə qəsd edib.
O, bu addımı ilə Dublin qərarının icrasının obyektiv araşdırılmamasına Almaniya dövlətinə etirazını bildirib.
H. Məmmədova xəstəxanaya aparılan zaman azyaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini vəsiyyət edib.
Məlumata görə, H.Məmmədova 1982-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbiçi olub və sağlamlığında problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb