Bakıda quldurluq: 2 oğlan və 1 qız tutuldu

17:52 | 23 İyul, 2019

Bakıda soyğunçuluq edən şəxslər tutulub.

Editor.az news24.az-a istinadla xəbər verir ki, martın 2-də, gecə saat 4-də Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 8 saylı ünvanın qarşısında 1979-cu il təvəllüdlü Bərxu Səid Nəsrəddin oğluna hücum edərək telefonunu və 200 manatını alan 3 nəfər tutularaq istintaqa cəlb edilib.

Hadisəni törədən Korobeynikov Məmməd Ağaədalət oğlu, Əzimova İlahə Rafiq qızı və Hüseynov Müşfiq İnqilab oğlu saxlanılıblar.

Həmin şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci, yəni, soyğunçuluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə iş açılıb.