Sürücülərin diqqətinə: artıq kameralarda bu da izlənilir – FOTOFAKT

10:53 | 24 İyul, 2019

Təhlükəsizlik kəməri taxmayan sürücülər artıq kameralar vasitəsi ilə də izlənir.

ötən gün Fətəli Xan Xoyski küçəsində kameraya düşən sürücü təhlükəsizlik kəməri taxmadığına görə 40 manat məbləğində cərimələnib.

Həmin sürücü cərimə məktubunun şəklini sosial şəbəkələrdə paylaşaraq sürücüləri diqqətli olmağa və təhlükəsizlik kəməri taxmağa çağırıb.