“Neftçi” Rusiyaya uça bilmir – Təyyarədə problem

12:01 | 24 İyul, 2019

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Neftçi” klubu “Arsenal” ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib. Buna səbəb Heydər Əliyev Beynəlxalq Hava limanından Bakı – Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır.

AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski qafqazinfo-ya açıqlamasında bildirib ki, hazırda problemin həlli yolunda işlər görülür:

“Təyyarənin plana əsasən, saat 11:00-da uçuş edəcəyi gözlənilir”.

Qeyd edək ki,  “Neftçi” Moskvadan Tulaya avtobusla gedəcək.

Xatırladaq ki, klublar arasında ilk görüş 25 iyul saat 21:00-da Tulanın “Arsenal” stadionunda keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.