19 yaşlı qız təqvimdə gün işarələyib, özünü asdı – FOTO

12:27 | 24 İyul, 2019

19 yaşlı qızın intiharı ilə bağlı məhkəmə prosesi keçirilib.

aparılan araşdırmalar nəticəsində 19 yaşlı Alicia Sidebotham-ın intihar etdiyi dəqiqləşib.

Alicia Sidebotham adlı qızın cəsədi Mançester şəhərində meşəlik ərazidə tapılıb. O, özünü asaraq öldürüb.

Manchester Evening News  yazır ki, o, özünü öldürməzdən əvvəl 1 ay müddətində dəfələrlə bədəninə xəsarət yetirib.

Hətta qız özünü öldürməkdə o qədər qərarlı olub ki, intihar edəcəyi günü əvvəlcədən təqvimdə işarələyib. Alicia intihardan əvvəl valideynlərinə məktub da yazıb.

Qızın psixoloji problemlərinin olduğu deyilir.