Doğuş əkizlərə görə Xoşqədəmlə dalaşdı

13:47 | 24 İyul, 2019

Ailəsi ilə bərabər Azərbaycandan kənarda dincələn Xoşqədəm Hidayətqızı rəsmi Youtube kanalında canlı yayım edərkən həyat yoldaşı Doğuş bəydən gileylənib.

Editor.az baku.ws-ə istinadən bildirir ki, aparıcı gileyini belə dilə gətirib:

“Arda yıxıldı, ayağı əzildi. Atası mənimlə dalaşdı. Ümumiyyətlə, Doğuş bəy uşaqlara qarşı çox həssasdır. Əkizlərimin yeməyində bir əskiklik olarsa, yıxılarsa, Doğuş bəy az qala bizi öldürür. Bu uşaqlar böyüyənədək bizi məhv edəcək”.