backend

Gəncədə kürəkən qaynanasını bıçaqladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəmkir rayon Əliyaqublu kənd sakini, 51 yaşlı Səltənət Nəsirova Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızıgilə qonaq gəlib.
Editor.az ARB TV-yə istinadla xəbər verir ki, aralarında yaranan münaqişə zəminində kürəkən qaynanasına bıçaqla xəsarət yetirib.
Qadın bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Mehman Hüseynov – həkim: “Daxil olan xəstənin üzərində çoxsaylı deşilmiş-kəsilmiş yaraları olan xəsarətlər vardı. Xəsarətlərdən biri dəlib keçən digərləri isə kor yaralardır. Xəstənin ümumi vəziyyəti stabildir. Hal-hazırda şöbədədir. Yaralar işlənilib. Müalicə davam etdirilir”.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.