Əli Əhmədov: Bir çox məsələlərdə ABŞ və Azərbaycanın maraqları üst-üstə düşür

16:30 | 24 İyul, 2019

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

görüşdə Ə.Əhmədov bildirib ki, Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var və biz bunun inkişafında maraqlıyıq.

Baş nazirin müavini diqqətə çatdırıb ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür və bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Ə.Əhmədov xüsusilə iqtisadi əməkdaşlıqdan danışaraq bildirib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.

//Trend