3 uşaq atası birlikdə yaşadığı qadını AMANSIZLIQLA ÖLDÜRDÜ – 20 bıçaq zərbəsi… – FOTO

23:11 | 24 İyul, 2019

Türkiyədə dəhşətli qətl baş verib.

Editor.az Milliyet-ə istinadən xəbər verir ki, Antalyanın Manavqat qəsəbəsində Halime Şenal adlı qadını dini nikahla birlikdə yaşadığı Ümit G. 20 bıçaq zərbəsi ilə öldürüb.

Ümit G. ifadəsində Şenalın 10 aylıq uşaqlarına baxmadığını, bu səbəbdən aralarında mübahisə düşdüyünü bildirib:

“Çantasından bıçaq çıxardı və mənə hücum etdi. Əsəbdən özümü itirdim. Mən də özümü qorumaq üçün yanımda olan çörək bıçağı ilə onu vurdum. Neçə bıçaq zərbəsi endirdiyimi xatırlamıram”.

Ümit G-nin rəsmi nikahlı həyat yoldaşından 3, öldürülən Halime Şenalın isə əvvəl ərə gedib boşandığı 2 ərindən 2 uşağı qaldığı bildirilir.