“Olimpiya Gənclər Festivalı”nda danimarkalı idmançı zədə aldı

10:42 | 26 İyul, 2019

Ötən gün “Olimpiya Gənclər Festivalı 2019” məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.

Səhiyyə Nazirliyindən  bildirilib ki, müraciət edənlərdən biri 16 yaşlı Danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından Kliniki Tibbi Mərkəzə çatdırılıb. İdmançıya lazımi yardım göstərildikdən sonra buraxılıb.

Digər 3 nəfər müraciət edən şəxs yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. Onların ikisi baş ağrısından, biri isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər.

//Trend