Özili bıçaqlamaq istədilər – VİDEO

11:05 | 26 İyul, 2019

Londonun “Arsenal” klubunun yarımmüdafiəçisi Məsud Özil Britaniya paytaxtının şimalında hücuma məruz qalıb.

türk əsilli almaniyalı futbolçu komanda yoldaşı Zead Kolaşinatsla birgə avtomobildə hərəkət edərkən onlara skuterlərdə olan bir neçə nəfər bıçaqla hücum edib.

M.Özil nəqliyyat vasitəsindən çıxaraq kömək üçün yaxınlıqdakı restorana qaçıb, bosniyalı isə cinayətkarlarla dalaşıb.

Köməyə gəlmiş restoran əməkdaşları futbolçuları hücum edənlərdən qoruyublar.

Oyunçuların xəsarət almadığı bildirilir.