SON DƏQİQƏ! Türkiyədə fabrik yanır

14:05 | 26 İyul, 2019

Türkiyənin İzmir vilayətində fabrikdə yanğın başlayıb.

yanğın taxta sexində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunublar.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən başlaması məlum deyil.

Məlumata görə, fabrikin yaxınlığındakı evlərin sakinləri təxliyə ediliblər.