ATV İlk Milli Yaylaq Festivalından 12 saatlıq canlı efir verdi-FOTO,VİDEObackend

ATV İlk Milli Yaylaq Festivalından 12 saatlıq canlı efir verdi-FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəyin Miskinli- Düzyurd yaylağında ölkədə ilk dəfə olaraq keçirilən Milli Yaylaq Festivalı baş tutdu. Qədim türk elinin adət-ənənələrinə uyğun şəkildə təşkil olunan festivala millət vəkillələri, rəsmilər və türkdilli dövlətlərin nümayəndələri qatılmışdı.

ATV televiziyası səhər saat 08:45-dən etibarən axşam 20:45-ə qədər ilk Milli Yaylaq Festivalının canlı yayımını keçirdi. Televiziyanın ATV SƏHƏR verilişi ilk dəfə qədim yaylaq məskəni olan Miskinli-Düzyurd yaylağından yayımlandı. Tamaşaçılar saat 18:00 da baş tutan Festivalın canlı açılışının tam versiyasını da məhz ATV kanalında izləyə bildi. ATV XƏBƏR isə günboyu festivalla qatılan qonaqlarla bərabər milli yaylaqda yaşananları çatdırdı.

Miskinl-Düzyurd yaylağında keçirilən ilk Milli Yaylaq Festivalı 28 iyula qədər davam edəcək. Gələcəkdə isə Milli Yaylaq Festivalının keçirilməsi ənənə halını alacaq.