Aleksandr Səmədov karyerasını başa vurdu

14:37 | 30 İyul, 2019

Futbol üzrə Rusiya yığmasının azərbaycan əsilli keçmiş üzvü Aleksandr Səmədov karyerasını başa vurduğunu açıqlayıb.

Bu barədə yarımmüdafiəçinin özü “Instagram” səhifəsində məlumat verib.

35 yaşlı oyunçu sosial şəbəkədə yazıb:

“Mən futbolçu kimi idman karyeramı başa çatdırıram. Həmişə idmançı, futbolçu, şəxsiyyət kimi böyümək istəmişəm. Arzum həyata keçdi! Buna nail oldum!”

O, ailəsinə, yaxınlarına, dostlarına və məşqçilərinə təşəkkür etməyi də unutmayıb.

Qeyd edək ki, A.Səmədov karyerasına Moskva “Spartak”ında başlayıb. Onun sonuncu klubu “Krılya Sovetov” olub. Futbolçu Rusiya millisində 53 oyun keçirib, 7 qol vurub.