Həbsxanada DƏHŞƏT – 57 nəfəri öldürüb BAŞLARINI KƏSDİLƏR – FOTO

02:35 | 31 İyul, 2019

Braziliyanın şimalında yerləşən Para əyalətindəki Altamira həbsxanasında cinayətkar qruplaşmalar arasındakı dava zamanı ən az 57 məhkum qətlə yetirilib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, iki mafiyanın qarşı-qarşıya gəldiyi olayda qandonduran görüntülər meydana çıxıb.

Ölkədəki həbsxanalardan cavabdeh olan Jarbas Vasconcelos iki mafiya arasında başlayan qırğın zamanı 57 məhkumun öldüyü, 16-sının başlarının kəsildiyini açıqlyıb.

Videogörüntülər zamanı digər cinayətkar dəstə üzvlərinin başlarını kəsdikləri düşmənlərinin başları ilə futbol oynadıqları açıq-aşkar görünür.

Qanlı toqquşma zamanı məhkumların həbsxananın bir hissəsini yandırması səbəbiylə təhlükəsizlik qüvvələrinin içəri daxil ola bilmədiklərini deyən Vasconcelos “İki qrup arasındakı hesablaşma idi, üsyan xarakteri daşımırdı” ifadələrini işlədib.

Məhkumların əsir götürdükləri iki həbsxana əməkdaşının sonradan sərbəst buraxıldığı qeyd edilir.

Qeyd edək ki, 700 min məhbusu olan Brazilya dünyada bu rəqəmlərə görə üçüncü yerdədir.

Mövzunu Facebookda şərh et