Həyat yoldaşını doğmalarının yanında öldürdü – İş məhkəməyə göndərildi

14:09 | 31 İyul, 2019

Yevlax rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Saday Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Editor.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il dekabrın 14-də Yevlax rayonunun Meyvəçilik kəndində baş verib. Rayonun Nemətabad kənd sakini, 30 yaşlı S.Sadıqov həyat yoldaşı, 29 yaşlı Vəfa Abışovanı öz doğmalarının gözü qarşısında bıçaqlayıb.

Ağır yaralanan qadın dayısı evinə qaçıb uzaqlaşsa da, xeyli qan itirdiyindən orada ölüb.

Məlumata görə, hadisə baş verməzdən bir neçə gün əvvəl atası evinə gələn V.Abışova ilə həyat yoldaşı arasında mübahisələr yaranıb.
Mərhumun anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib.
S.Abışovanın dediyinə görə, sonuncu dəfə düşən mübahisəyə isə S.Sadıqovun ailəyə məxsus qoyunları satması səbəb olub.

Xatırladaq ki, qətlə yetirlən qadın iki oğul anasıdır. Hadisəni törədən S.Sadıqov isə polis tərəfindən saxlanılıb.