Hay-küylü həbslər: 3 milyonluq yeyinti nazir müavinini bitirirbackend

Hay-küylü həbslər: 3 milyonluq yeyinti nazir müavinini bitirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər Azərbaycan Dəmir Yollarının rəisi işləmiş, sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərov həbs edilə bilər.
Arif Əsgərovun yaxın qohumu (həyat yoldaşının xalası oğlu) Emin Cəfərov barəsində həbs-qətimkan tədbiri seçilib. Onun həbsinə səbəb isə ayrı-ayrı özəl şirkətlərin rəhbərlərindən külli miqdarda alınan vəsaitlər olub. Araşdırmalar zamanı bəlli olub ki, Emin Cəfərov iş adamlarından Dəmir Yolları üçün tenderlərin qalibi olmağın müqabilində üst-üstə 3 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Mənbəmizin sözlərinə görə, həmin pullar Arif Əsəgərovun adı ilə alındığından onun özünün də istintaqa cəlb olunacağı bildirilir. Xəbərdə qeyd olunur ki, 3 milyon vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsinə dair şikayət xeyli müddət edilsə də araşdırması nəqliyyat nazirliyinin ləğvindən və Arif Əsgərovun işsiz qalmasından sonra başlanıb. Araşdırmanın birinci mərhələsində Emin Cəfərov həbs edilib.
//Gununsesi.info