Türkiyədə sərnişin avtobusu yandı: 6 nəfər öldü, yaralılar var – VİDEO

22:38 | 2 Avqust, 2019

Türkiyənin Balıkesir vilayətində insan tələfatı ilə nəticələnən dəhşətli hadisə baş verib.

Editor.az redaktor.az -a istinadən xəbər verir ki, hərəkətdə olan sərnişin avtobusunda baş verən yanğın nəticəsində 1-i uşaq olmaqla azı 5 nəfər həyatını itirib. Yaralılar var.

Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Onların səyi nəticəsində digər sərnişinlər xilas ediliblər. Hadisənin səbəbləri araşdırılır.