“Cinsi əlaqədə ola bilmirəm” deyib iki qızını öldürən qadına AĞIR CƏZA – FOTO

22:46 | 2 Avqust, 2019

İngiltərədə 3 yaşlı və 6 aylıq olan iki qızını kişilərlə pul qarşılığında intim əlaqəyə girməyinə mane olduqları üçün boğaraq öldürən qadına hökm oxunub.

23 yaşlı Louise Porton 32 il azadlıqdan məhrum edilib.

Cinayət işinə baxan hakim qızlarını 18 gün arayla öldürən qatil ananın xəstəxanın təhlükəsizlik əməkdaşına telefon nömrəsini verdiyini və həmin şəxslə təxminən 87 dəfə görüşdüyünü bildirib.

İşi araşdıran müstəntiq isə pul qarşılığında kişilərlə yatan cani ananın tez-tez tanışlarına ”Bu uşaqlar mənə yük olur, bir şey edib onlardan canımı qurtarmalıyam” dediyini bildirib.