backend

Narkotiki ayaqqabısının dabanında gizlətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İrandan ölkəyə narkotik gətirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə – heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.