“Neftçi”yə qarşı oynamaq bizim üçün çətin olacaq” – “Bney Yehuda”nın baş məşqçisi

13:58 | 5 Avqust, 2019
“Bney Yehuda” (İsrail) klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaqları oyunlar haqda fikirlərini bildirib.
Editor.az komanda.az-a istinadən xəbər verir ki, Abukasis “Neftçi”nin güclü komanda olduğunu deyib:
“Neftçi”nin Tula “Arsenal”ına qarşı oyununda idim. Onlar yüksək keyfiyyətli legionerlərə sahib güclü komandadır. “Neftçi”yə qarşı oynamaq bizim üçün çətin olacaq. Yaxşı nəticə əldə etmək etmək üçün nəyə qadir olduğumuzu göstərməliyik”.
“Neftçi” – “Bney Yehuda” matçı avqustun 8-də, 8-ci km stadionunda, cavab görüşü isə avqustun 15-də, Təl-Əvivdə keçiriləcək. Hər iki oyun saat 21:00-da start götürəcək.