Tibb bacısı sevgilisi ilə görüşdüyü evdə ÖLÜ TAPILDI – AİLƏLİDİR… – FOTO

00:12 | 8 Avqust, 2019

Ankarada Dr. Özgür T.-nin (46) evində cəsədi tapılan sevgilisi tibb bacısı Ayşe Karamanın (25) anası Fəridə Karaman qızının öldürüldüyünü iddia edir.

Özgür T.-nin qızını ona bağlanması üçün narkotik asılısı etdiyini iddia edən ana “Özgür T. mənim canımı aldı. balam getdi” ifadələri ilə fəryad edib.

Ayşe Karaman 29 iyul səhəri evli sevgilisi Uzman Dr. Özgür T.nin Çankaya qəsəbəsindəki evində ölmüş halda tapılıb.

Polisə xəbər verən Özgür T. səhər evə gələndə sevgilsinin cansız bədəni ilə qarşılaşdığını bildirib.

Polisin araşdırması zamanı gənc qızın yatağın yanında narkotik vasitələr aşkar edilib. Özgür T. “ölümə sövq etmək” ittihamı ilə həbs edilib.