Rusiyada hərbi hissədə partlayış: ölənlər və yaralananlar var

15:31 | 8 Avqust, 2019

Arxangelsk vilayətində partlayış baş verib.

partlayış vilayətin hərbi hissələrindən birində qeydə alınıb. İnsident nəticəsində 2 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Eləcə də sanitar aviasiyasının ayrılması barədə göstəriliş verilib.

Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil.

//Trend