İspaniyada oğurladılar, Türkiyədə ələ keçdilər

00:05 | 11 Avqust, 2019

Türkiyə sahillərində dörd nəfər saxlanılıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onların hərəkət etdiyi yaxtanın oğurluq olmasıdır. Nəliyyat vasitəsinin bu ilin aprelində İspaniyanın Palma limanından oğurlandığı bildirilir. Saxlanılan şəxslərdən biri Rusiya, üçü isə Türkiyə vətəndaşıdır.

Bundan əlavə, cinayətkarlardan ümumi dəyəri 3,5 milyon avroya yaxın olan yaxtaya aid saxta sənədlər götürülüb.