Salyanda qəza: 3 nəfər xəsarət aldı – FOTO

00:07 | 11 Avqust, 2019

Bu gün günorta saatlarında Ələt-Astara yolunun Salyan rayonunun Noxudlu kəndindən keçən 57-ci km.-də, yol ötürücüsünün üzərində 3 nəfər Yardımlı rayon sakininin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az virtualaz.org-a istinadən bildirir ki, Yardımlı rayon sakininin idarə etdiyi 65 BD 162 dövlət nömrə nişanlı “VAZ-2106” minik maşınının hərəkətdə olarkən eyni istiqamətdə olan 50 DJ 573 dövlət nömrə nişanlı “BMW” markalı minik maşınına çırpılması nəticəsində “06”-da olan biri uşaq, ikisi isə qadın olmaqla 3 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda qəzada xəsarət alanların və sürücülərin şəxsiyyətləri dəqiqləşdirilir.