Cəlilabadda ev yanıb

00:30 | 11 Avqust, 2019

Cəlilabad rayonunun Ocaqlı kəndində ümumi sahəsi 136 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 116 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.