Cəlilabadda avtomobil atla toqquşdu: sürücünün anası öldü

17:32 | 14 Avqust, 2019

Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, avqustun 13-də saat 22 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Bayxanlı kənd sakini Ə.Abdinov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolun hərəkət hissəsində olan 1 atı vurub.

Nəticədə Ə.Abdinovun sərnişini – anası Elmira Abdinova hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.