Deputatdan sərt açıqlama: “Xəzər dənizi məhvə gedir”

03:06 | 15 Avqust, 2019
Fazil Mustafa:“ Xəzər dənizinə paytaxtın bütün binalarının, iaşə obyetlərinin, zavad-fabriklərinin müxtəlif tullantılarının axıdılması biabırçılıqdır” 
Bunu “Sherg.az”a Xəzər dənizinə çirkab sularının axıdılması barədə danışarkən millət vəkili Fazil Mustafa bildirib:
Onun sözlərinə görə, Xəzər dənizinə paytaxtın bütün binalarının, iaşə obyetlərinin, zavad-fabriklərinin müxtəlif tullantılarının axıdılması biabırçılıqdır:
“Dənizinə axıdılan çirkablar təmizləyici qurğularla saflaşdırılıb suya buraxılmalıdır. Lakin Xəzər dənizinə axıdılan çirkablarda bu proses tətbiq olunmur. Ona görə də bu məsələ indiyə kimi aktuallığını qoruyub saxlayır. Düzdür, son vaxtlar dənizə çirkab sularının axıdılması azaldılıb.
Amma yenə də Xəzəri çirkləndirməyə davam edirik. Eyni zamanda tək Bakıdan yox, Sumqayıt və digər bölgələrimizdən də Xəzər dənizinə müxtəlif qarışıqlı çirkab suaları axıdılır.
Xəzər dənizinin ekoloji təmizliyini qorumaq üçün bu sahədə əsaslı işlər görülməlidir. Həmçinin Xəzərin çirklənməsi dəniz sahilinə yaxın olan ərazilərində yaşayan əhalinin səhhətinə mənfi təsir göstərə bilər. Ona görə də bu fonda ciddi işlərin görülməsinə ehtiyac var”.