Azərbaycanda məmur intihar etdi

17:32 | 15 Avqust, 2019
Qubada keçmiş məmur özünü asaraq intihar edib.
Editor.az “report”a istinadən xəbər verir ki, hadisə Quba şəhəri 5-ci məhəllə ünvanında baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü yaşadığı evin həyətində asaraq intihar edib.
C.Abbasov əvvəllər İcra Hakimiyyətində yüksək post tutub.
Faktla bağlı araşdırma aparılır.