Fransa klubunun prezidenti Bakıya gəldi – “Qarabağ” Zubiri satacaq?

12:21 | 16 Avqust, 2019

Vinger axtarışında olan Fransanın “Qenqam” klubu “Qarabağ”ın futbolçusu Abdullah Zubirlə ciddi şəkildə maraqlanır.

Editor.az sportal.az-a istinadən xəbər verir ki, ötən mövsüm I Liqanı tərk edən klubun prezidenti Bertrand Desplat və idman direktoru Stefan Karno Bakıya gəlib. Onlar 27 yaşlı futbolçunun transferi üçün “Qarabağ”la danışıqlar aparır.

“Qarabağ” Əlcəzair əsilli fransalı futbolçunu 2018-ci ilin yayında “Lans”dan 1 milyon avroya transfer edib.