backend

Qadının mənzilinə girib, quldurluq edən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Masallıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ərkivan qəsəbəsində yaşayan bir qadına qarşı quldurluq edilməsi barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.
Məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzil müayinə edilib, müvafiq araşdırmalar aparılıb.
Məlum olub ki, həmin gün səhər saat 6.00 radələrində evə pəncərədən girmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyərək pul verməsini tələb edib, səs-küy salmağa cəhd etdikdə isə onu döyməyə başlayıb. Həmin şəxs səsə gəlmiş ev sahibəsinin azyaşlı oğluna da zərbə endirib, bıçaqla onu hədələyərək hadisə yerindən qaçıb.
Polis əməkdaşları dərhal xəsarət almış şəxslərin təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılmasını təmin ediblər.
Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurlu) maddəsi ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə hadisənin Vurğun adlı şəxs tərəfindən törədilməsi müəyyən edilib və həmin şəxsin saxlanılması üçün müvafiq tədbirlərlə başlanılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş Vurğun Rəhmanov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
İstintaqa ifadəsində o, törətdiyi əməli etiraf edib.