Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı…

02:35 | 19 Avqust, 2019

Tanınmış jurnalist Nəsimi Nəbizadə sosial şəbəkə vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edb. Jurnalist nazirdən Bakının “Torqovı” adlanan məkanındakı biabırçılığın aradan qaldırılmasını xahiş edib.

Müraciətdə deyilir:

“Cənab nazir, hörmətli Vilayət Eyvazov…

Sizin kimi peşəkar və təcrübəli, savadlı və müasir nazirimiz var… Və siz Naxçıvan torpağındansız… O gözəl və qeyrətli torpaqdan… Azərbaycanın böyük torpağından…

“Torqovı” biabırçılıqdı… Ora əl gəzdirin… O park Bakının vizit kartıdı… Əncam çəkin, göz qabağıdı… Biz o cür deyilik axı… Bizim polisimiz bizi hər mənada qorumalıdı axı…”.

Qeyd edək ki, Bakının mərkəzindəki “Torqovı” adlanan (əsasən Nizami küçəsi) məkan son vaxtlar yüngül həyat tərzi sürən qadınların yığnaq yerinə çevrilib. Xüsusilə gecələr bu məkanda Bakıya ərəb ölkələrindən gəlmiş turistlərlə həmin qadınlar arasında şıdırığı “sövdələşmələr” baş alıb gedir. Bu xoşagəlməz mənzərə va ona polisin müdaxilə etməməsi paytaxt sakinlərinin narazılığına səbəb olub.

//Editor.az