Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı

16:08 | 19 Avqust, 2019
Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
Editor.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında qeydə alınıb.
Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1973-cü il təvəllüdlü Novruzov İlqar Ələşrəf oğlu xuliqanlıq zəminində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Faiq Meydan oğluna sol çiyin, sol kürək, sol sifət və sol bud nayihələrindən 4 bıçaq zərbəsi vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.