Azərbaycanlı müğənnilərin “Həci” sevgisi: “Dəymirəm, 10 min dollara?”

01:26 | 21 Avqust, 2019

Şou əhlinin yaradıcılığından çox onların şəxsi həyatı tamaşaçılara maraqlı olub. Bu hal illərdir ki, davam edir və dünyanın hər yerində maqazin dünyasına maraq var.

Azərbaycanlı xanım müğənnilər arasında isə yeni trend yaranıb. Onlar həyat yoldaşlarının, sevgililərinin “Həci” olması ilə öyünürlər. Hacı deyil, məhz həci…

Müğənnilər yalnız sevgililərinin, həyat yoldaşlarının dindar olması ilə öyünmürlər. Onlar həyat yoldaşlarının maddi imkanlarını da tez-tez dilə gətirirlər.

sebine.jpg (22 KB)

Bir müddət öncə müğənni Səbinə Selcan da həcili müğənnilər sırasına qoşulub. O, 5/5 verilişində həyat yoldaşının hacı olduğunu bildirib: “14 yaşımda  qaçırıldım, övladım oldu, ayrıldım. Ondan sonra Türkiyə vətəndaşı ilə ailə qurdum. İstanbulda yaşayıram. Həyat yoldaşım hacıdır. “Həcci” temasını bağlayaq”.

Daha sonra aparıcının “Hacının aldığı 10 min dollarlıq üzüyü itirmisən” sözlərinə də cavab verib: “Sən haradan bilirsən? Dəymirəm 10 min dollara? Dənizə tullananda üzük dənizin dibinə düşdü. Həci dedi ki, yenisini alaram”.

1549280367_41975222_253583242025796_5843340119696694913_n.jpg (147 KB)

Müğənni Afət Fərmanqızı da həyat yoldaşının hacı olduğunu açıqlayıb. Ramal adlı şəxslə dini nikaha daxil olan ifaçı sosial şəbəkədə “Səni sevirəm, hacı” başlıqlı paylaşım edib.

O, musavat.com-un canlı yayımında deyib ki, həyat yoldaşı ilə büdcəsi ayrıdır: “Əvvəldən danışmışıq ki, mənim pulumun ona, onun pulunun mənə aidliyi yoxdur. Çox qısqancdır. Mənə geyimlərimə görə qadağa qoyub”.

photo_101887.jpg (35 KB)

Hacı adını tez-tez müğənni Şəbnəm Tovuzlunun dilindən eşidirik. İfaçı həyat yoldaşının  hacı olmasını hər dəfə dilə gətirir: “Həyat yoldaşım məndən 9 yaş böyükdür, 43 yaşı var. Allah adamıdır, hacıdır. Həmişə həyat yoldaşımın özümdən  böyük olmasını istəmişəm. O ailə qurub, boşanıb. Mən onun ikinci xanımı deyiləm, həyat yoldaşıyam”.