Rusiyalı turist Türkiyə otelində müəmmalı şəkildə öldü – VİDEO

11:25 | 21 Avqust, 2019

Türkiyənin Kəmər şəhərində otel otağında Rusiyadan gələn turistin – Oleq Letunovskinin cansız bədəni aşkar olunub.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk olaraq mərhumun intihar etdiyi güman edilib. Belə ki, onun cəsədində zorakılıq əlamətləri aşkar olunmayıb. Buna baxmayaraq, Oleqin qohumları onun canına qıydığına inanmayıb.

Mərhumun qardaşının sözlərinə görə, Oleq üçün tək-tənha istirahət etmək adi hal olub. Onun nə həyat yoldaşı, nə də övladları var . Çoxlu planlar quran Oleq Rusiyaya qayıtdıqda onları həyata keçirmək istəyirmiş. Məsələn, o, avtomobil almaq niyyətində olub.

Oleqin qohumları danışır ki, əvvəlcə Türkiyə polisləri araşdırmalara başlamaqdan imtina edib. Moskva eskpertləri cəsədə baxış keçirdikdən sonra isə bəzi şübhəli məqamlar (mərhumun əlindəki elektroşok izlərinə bənzər xətlər) ortaya çıxıb və bu səbəbdən yenidən araşdırmalara başlanılıb.

Mərhumun doğmaları onun istifadə etdiyi bütün mobil qurğuları bir yerə toplayıb. Ola bilsin ki, telefon və planşetlərdə hər hansısa bir ipucu var. Mərhumun qohumları, ehtiyac yarandıqda, onları polislərə verməyə hazır olduqlarını bildirib.